Nuru Paşa Bakı üçün Tağıyevdən qızıl alıb? - QALMAQAL

Nuru Paşa Bakı üçün Tağıyevdən qızıl alıb? - QALMAQAL
18:33 2 Fevral 2017
338 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qalmaqallı iddia irəli sürüb.

Publika.az
xəbər verir ki, A.Əlizadə Nuru Paşanın yalnız qızıl alandan sonra Bakıya doğru hərəkət etdiyini bildirib.

“Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”, - deyə o, qeyd edib. (modern.az).

A.Əlizadə bu iddiasını Fazil Mustafanın elmi məqaləsinə istinadən irəli sürdüyünü də vurğulayıb.

Milli Məclisin deputatı Fazil Mustafa isə Publika.az-a açıqlamasında belə bir məqaləsinin olmadığını deyib: “Mənim belə bir məqaləm yoxdur, ola da bilməz. Nuru Paşa pulsuz-parasız gələrək, bizi ermənilərdən xilas etdi. Mən həmişə demişəm ki, biz Nuru Paşanın Azərbaycan üçün etdiklərinin qarşılığını verməmişik, buna görə də onun yanında xəcalətliyik”.

F. Mustafa qeyd edib ki, Araz Əlizadə nəyə əsasən belə dediyini bilmir.

“Mənim məqaləmdən Nuru Paşanın əleyhinə olan bir cümləni tapıb göstərsin. Bu mümkün ola bilməz. Onun niyə belə dediyini də anlamıram”, - deyə o vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR