Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı
19:05 2 Fevral 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) yerli KİV-lərin terror hadisələri ilə bağlı məlumat verməsini məhdudlaşdıran yeni tədbirlər qəbul edib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, yeni qərara əsasən Türkiyə telekanalları terror hadisəsi barədə görüntü və "Son dəqiqə" yazısı olmadan yalnız rəsmi şəxslərin məlumatlarını çatdıra biləcək və "qaçan sətirlər" təqdim edəcək.

Bundan başqa, mətbuat orqanları hadisə yeri ilə əlaqədar yalnız rəsmi qurumların təqdim etdiyi video və fotogörüntüləri yayımlaya bilər.

Hadisəni törətməkdə şübhəli bilinən terror təşkilatlarının da adlarının çəkilməsi qadağan edilir.

Qeyd olunub ki, bu qaydaları pozan teleyayımçılara qarşı cərimə sanksiyaları tətbiq olunacaq. Bir kanal bir il ərzində iki dəfə qaydanı pozarsa, 15 gün müddətində yayımı dayandırılacaq, üçüncü dəfə isə lisenzsiyası ləğv ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR