Hər ay 2 milyon xərcləyir - siyahı

Hər ay 2 milyon xərcləyir - siyahı
19:16 2 Fevral 2017
88 Şou
Ölkə mətbuatı
A- A+

"Karib dənizinin quldurları" filmindən sonra məşhurlaşan Hollivud aktyoru Coni Depp maliyyə baxımdan çətin günlər yaşayır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə 1999-2016 illər ərzində aktyorun maliyyə işləri ilə məşğul olan “The Management Group” (TMG) şirkəti açıqlama verib.

TMG ilə Coni arasında yaranmış qalmaqaldan sonra şirkət aktyorun aylıq xərclərini göstərən hesabat yayıb. Hesabata görə, aktyorun aylıq xərcinin 2 milyon dollar olduğu və yalnız şəraba hər ay 30 min dollar xərclədiyi məlum olub.

Həmçinin, 53 yaşlı Deppin ötən il aktrisa Ember Hertdən boşandıqdan sonra ona 7 milyon dollar ödədiyi və şirkətə 4.2 milyon dollar borcunun olduğu vurğulanır.

TMG aktyorun 14 evi, özəl təyyarələri, yaxta və 12 ədəd anbarının olduğunu da açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR