"Gənclər üçün Prezident Mükafatı"nın təqdimat mərasimi keçirildi

"Gənclər üçün Prezident Mükafatı"nın təqdimat mərasimi keçirildi
19:27 2 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

2 Fevral - Gənclər Günündə Prezident İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə mükafatlandırılan 6 gəncə "Gənclər üçün Prezident Mükafatı"nın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün gənclər üçün böyük bir bayramdır: "Bu il Azərbaycanda gənclər gününün qeyd olunmasının 20-ci ildönümüdür. Bu, böyük bir yoldur. Biz bu müddət ərzində çox işlər görmüşük. Azərbaycan gənclər siyasəti sahəsində dünyəvi bir model yaradıb və bu model dünya ölkələrində, beynəlxaq təşkilatlarda qəbul olunur. Gənclər Prezidentin ətrafında birləşib və parlaq Azərbaycan naminə çalışırlar. Bizim gəncliyimiz həmişə öndə olacaq, ulu öndərin ideyaları həyata keçəcək".

Tədbirdə, həmçinin uğur qazanan istedadlı və yaradıcı gənclərin mükafatlandırılması da baş tutub. Bu il 28 yaradıcı və istedadlı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Bundan əlavə, keçən ildəki uğurlu fəaliyyətlərinə görə, Gənclər günü münasibəti ilə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatı da təltif olunub.

Qeyd edək ki, hər il 2 fevral gənclər gününün qeyd olunması münasibəti ilə elm, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil edən yaradıcı və istedadlı gənclərin stimullaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR