Adriano Çelentano və Azərbaycan aparıcıları - VİDEO - FOTO

Adriano Çelentano və Azərbaycan aparıcıları - VİDEO - FOTO
19:37 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Kino Evi"-də 28 yanvar, saat 11:30-da Lider TV efirində nəinki italyan xanımlarının, bütün dünya xanımların sevimlisi olan, təkcə aktyor kimi yox, həm də müğənni kimi sevilən Adriano Çelentanonun həyat və yaradıcılığına nəzər salınıb. Dünya şöhrətli aktyoru əməkdar artist Hüsniyyə Mürvətova ilə müzakirə olunub.

"Kino Evi" - nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino Mətbəx" rublikasının aparıcıları isə Nigar Şamilova və Nurçin Quluzadədir. Rejissor və montajor - İBO, operatorlar - Orxan Həsənov və Kamal Məmmədov.

Veriliş 3 hissədən ibarətdi. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar günü 02:15 və bazar ertəsi 17:00-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/513765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR