Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub

Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub
19:37 2 Fevral 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard karyerasını başa vurub. 
"Report"un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi bu qərarını şəxsi "Instagram" səhifəsi vasitəsilə açıqlayıb.
Karyerası ərzində "Vest Hem", "Suonsi", "Çelsi", "Mançester Siti" və "Nyu-York Siti" klublarında forma geyinən Lempard birgə çalışdığı mütəxəssislərə, futbolçulara, eləcə də azarkeşlərə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi"nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/meshur-ingiltereli-futbolcu-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR