Ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir

Ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir
19:52 2 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 2 fevral. REPORT.AZ/ Gənclər Günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, bu ərəfədə sınaq müddətini bitirən 40-dək gənc daimi qulluğa qəbul olunub, onlara ilk xüsusi rütbələr verilib, gənc ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib, nazirlikdə Gənclər Gününə həsr olunmuş foto-slaydlar nümayiş etdirilib. 
Bildirilib ki, hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Nazirliyin rəhbərliyinin gənc ədliyyə işçiləri və bu ərəfədə fəaliyyətə cəlb olunmuş bir qrup könüllülərlə keçirilən görüşlərində Azərbaycanda dövlət gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığı, dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, intellektual və peşəkar bacarıqlara yiyələnən Azərbaycan gəncliyinin formalaşdığı qeyd olunub. Tədbirlərdə Ulu Öndərin gənclərə qayğısından, dövlət başçısı tərəfindən müasir tələblərə cavab verən gənc nəslin yetişməsi üzrə həyata keçirilən işlərdən, o cümlədən könüllülük institutunun cəmiyyətimiz üçün səmərəsindən bəhs olunub.
Keçirilən tədbirlərdə vurğulanıb ki, gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələri, ictimai maraq doğuran məsələlərdə hər zaman dövlətçilik mövqeyindən çıxış etmələri, vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələr verilib.
Gənclər günü Ədliyyə Nazirliyinin struktur qurumlarında da geniş qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/edliyye-sisteminde-calisan-iscilerin-texminen-yarisini-gencler-teskil-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR