Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb
20:02 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı mart ayından etibarən ABŞ, Avropa və Asiyadan olan alıcılar üçün neft qiymətlərini artıracağını elan edib. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, asiyalı müştərilər üçün yüngül növ neft 0,3 dollar/barel artırılıb. ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu ölkələr üçün bütün növ neft məhsulları üçün qiymətlər bahalaşdırılıb. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in Vyanada hasilatın azaldılması ilə bağlı əldə etdiyi anlaşmaya ilk əməl edən ölkə olub və hasilatı təqribən 500 min barel/gün azaldıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seudiyye-erebistani-abs-avropa-ve-asiya-ucun-neft-qiymetlerini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR