Səudiyyə Ərəbistanı nefti bahalaşdırdı

Səudiyyə Ərəbistanı nefti bahalaşdırdı
20:05 2 Fevral 2017
214 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya alıcıları üçün neftin qiymətini artırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg"in "Saudi Aramco" Dövlət Neft Şirkətinin materiallarına istinadən yaydığı məlumatda bildirilir.

Belə ki, "Arab Light" markalı neftin qiyməti asiyalı alıcılar üçün 30 faiz qaldırılıb.

Eləcə də xammalın bütün növləri ABŞ, Avropanın şimal-qərbi, Aralıq dənizi ölkələri və Asiyada bahalaşıb.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti bu gün 0,7 % artaraq 57,20 dollardan satılır.

WTI isə 0,54 % bahalaşaraq 54,17 dollardan təklif edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR