İmanla elmin fərqi nədir?

İmanla elmin fərqi nədir?
20:12 2 Fevral 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər alimlərin dili ilə elmə tərif vermək istəsək, gərək deyək ki, elm - kamil idrak deməkdir.

İman dedikdə isə qəlbin qəbul etdiyi məntiqi yəqinlik nəzərdə tutulur.
Əgər biz bir şeyi yüz faiz qəbul ediriksə və onu doğru hesab ediriksə - bu, yəqindir.
Bu yəqini əgər qəlb də qəbul edərsə, bu zaman həmin yəqin iman olar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, imanın müxtəlif dərəcələri vardır. Hər bir dərəcəsi o biri dərəcədən fərqlidir. Rəhmətlik İmam (r) elmlə imanın fərqi barəsində buyurur: "Həm biz və həm də ölü yuyan insanın elmi vardır ki, ölən insan, bir başqasına ziyan vura bilməz. Ancaq ölünü yuyanın bu elmdən savayı, qəlbi də bu həqiqət qarşısında təslimdir. Bu mənada ki, iman əldə edibdir. Ona görə də ürəyi rahat şəkildə ölülərin arasında gəzə bilir. Ancaq bizim sadəcə bu mövzuya elmimiz olduğu üçün qəlbimiz bu həqiqətə təslim olmamışdır. Ona görə də ölünü görən zaman və ya onunla tək qalan zaman qorxu bizi bürüyür". (Erfan)
Elmlə imanın arasında bir addım fasilə vardır. Əlbəttə ki, elm tək halda bizi elminə əməl etməyə vadar edə bilməz. Fironun elmi var idi, ancaq buna baxmayaraq kafir idi. Allah onun barəsində buyurur ki, fironçular zülm etmək və üstün olmağa görə Allahın ayələrini inkar etdilər, halbuki qəlblərində ona inamları var idi.
Əməl meydanında büdrəyən insanlardan biri də Bələm Baura idi. "Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində)onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu". ("Əraf" 175).
Ona görə də deyə bilərik ki, elm sadəcə zəminələr hazır edər. Ancaq bu zəminələr o zaman faydalı olar ki, ardınca iman da gəlsin. İnsan elm və iman vasitəsilə əməl yoluna qədəm basa bilər. İmanın yolunun üstündə çox sayda maneələr vardır ki, yolçu gərək onlara da diqqət etsin. O cümlədən: nəfsani istəklər, şeytanın (lən) vəsvəsələri kimi. Bu maneələri aradan qaldıraraq əməl meydanına daxil ola bilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR