Köhnə təkərləri bu üsulla yeniləyib satırlar - Ehtiyatlı olun

Köhnə təkərləri bu üsulla yeniləyib satırlar - Ehtiyatlı olun
20:22 2 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanları tərəfindən keyfiyyətsiz avtomobil təkərlərinin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Məlum olub ki, həmin şəxslər alət və avadanlıqların köməyi ilə köhnə avtomobil təkərlərinin üzərində yeni izlər açıb, onları təzə təkər adı ilə vətəndaşlara satırmışlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xüsusi alət və avadanlıqların köməyi ilə köhnə və yararsız avtomobil təkərlərinin üzərində yeni izlər açılır.

Təxminən bir neçə dəqiqəlik prosesdən sonra əvvəlcə yararsız kimi görünən təkərlər bir anda yenisindən heç də fərqlənməyən bir vəziyyətə gətirilir.

Bu şəxslər minlərlə köhnə və yararsız təkəri bu şəkildə düzəldərək yeni adı ilə vətəndaşlara satıblar

Ancaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları çox keçmədən bunun qarşısını alıb. Daxil olan məlumat əsasında Xətai rayonunda yerləşən obyektlərdən birində keçirilən əməliyyat zamanı istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb.

Saxlanılan şəxsin xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açdığını və onları təzə təkər adı altında satdığını etiraf edib. Onun bu üsulla dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurduğu məlum olub.

Fərid Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib. Faktla araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR