Sakinlər istilik üzünə həsrət qalıblar

Sakinlər istilik üzünə həsrət qalıblar
20:22 2 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev küçəsində yaşayan sakinlər mənzillərdə istilik üzünə həsrət qalıblar. Binaya istilik verilməməsi azmış kimi onlardan pulda tələb olunur. "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətindən məsələyə münasibət bildirilib.

Hava soyuq olmasına baxamayaraq yaşayış binasına istilik verilmiyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev küçəsi bina 17 ünvanından gedir. Sakinlər deyir ki, mənzillərdə istilik sistemi quraşdırılmasına baxmayaraq hələ də evlərə istilik verilməyib..

Sakinlərin sözlərinə görə,istilik verilməməsinə baxamyaraq onlardan ödənişdə tələb olunur..Vəziyyət belə olduğuna görə vətəndaşlar elektrik enerjisi ilə işləyən cihazlardan istifadə etməyə məcbur olurlar.

Sakinlər problemlə bağlı bir neçə dəfə "Azəristiliktəchizat"a müraciət etdiklərinədə deyirlər.

Problemlə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, məsələdən xəbərdardılar.Həmin binada bəzi vətəndaşlar mənzildaxili istilik xətləri çəkərkən texnoloji ardıcılığa əməl etmədikləri üçün istiliyin verilməsində problemlər yaşanır.Bununla yanaşı,bəzi sakinlər var ki istifadə etdiyi istiliyin pulunu vaxtında ödəmədiyinə görə həmin mənzillərə istiliyin verilməsinə məhdudiyyətlər qoyulur.İsitlik verilmədən borc yazılması məsələsinə gəldikdə isə, qurum rəsmisi bildiridi ki,həmin vətəndaşlar əvvəllər istifadə etdiyi istilik haqqlarını ödəmədiyi üçün bu borc yazılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR