İrəvanın iddia etdiyi dağ hərbi təhlükəsizlik bölgəsi elan edildi

İrəvanın iddia etdiyi dağ hərbi təhlükəsizlik bölgəsi elan edildi
20:28 2 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ağrı və Tendürek dağları bir il müddətinə müvəqqəti hərbi təhlükəsizlik bölgəsi elan edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabineti qərar verib.

Qərarın hədəfi Ağrı valiliyinin koordinasiyası ilə həyata keçiriləcək əməliyyatlarda xalqın həyatının və maddi təhlükəsizliyinin qorunmasıdır.

Qeyd edək ki, ermənilər Türkiyə ərazisində olan Ağrı dağının Ermənistan torpağı olduğunu iddia edirlər və onu Ararat adlandırırlar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR