Qarda yıxılmaq istəməyənlər oxusun: Addım atarkən əvvəl...

Qarda yıxılmaq istəməyənlər oxusun: Addım atarkən əvvəl...
20:37 2 Fevral 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 1-də və 2-də Azərbaycana yağan güclü qar tək avtomobillərin deyil, vətəndaşların da hərəkətində məhdudiyyət yaradıb. Artıq iki gün ərzində Bakıda 42 nəfər qarda sürüşərək xəsarət alıb.

Qarın mikrobları öldürüb ətrafı bütünlüklə ağa bürüməsi ilə insanda xoşbəxtlik hormonu və adrenalin ifrazı artır. Əlbəttə ki, evdə oturub qarı izləmək gözəldir. Ancaq işə, dərsə getməli olanlar üçün qarda gəzmək xeyli çətin olur. Gərək hər addımbaşı özünü yıxılmaqdan qoruyasan. Amma necə?
 
Milli.Az lent.az-a istinadən  qarda yıxılmamaq üçün məsləhətlər təqdim edir.
 
- Əgər varsa, mismarlı ayaqqabı, ya da ayaqqabının üzərindən corab geyinin.
 
- Addımlarınızı sürətli, kiçik-kiçik atın.
 
- Ayağınızın öncə burnu, sonra dabanı ilə yerə basın.
 
- Qarın əzildiyi və ya üzərindən çox gedildiyi yerlərdən keçməyin.
 
- Yeriyərkən bəzi yerlərdən tutun.
 
- Yanınızdakı dostunuzla qol-qola girməyin.
 
- Yeriyərkən ayağınızın yerlə tam təmasını kəsməyin.
 
- Yıxıldınızsa, o dəqiqə qalxmayın. Zərər görmüş ola bilərsiz.
 
- Bel çantası istifadə edin. Əlləriniz boş olsun.
 
- Şalvar yerişi əngəlləyəcək qədər gen, uzun olmamalıdır. Çalışın qalın olsun.
 
- Paltonun çox uzun olmaması yaxşıdır.
 
- Yıxılarkən əl və qollar dəstək rolu yerinə yetirdiyi üçün daha çox travma alır. Odur ki, əl və biləyi qoruyan əlcəklər taxın.
 
- Yeriyərkən əllərin cibdə olması müqavimətin itməsinə və başın zərbə almasına səbəb olur. Əllərinizi cibinizdən çıxarın.
 
- Buz sallanan binaların altından keçməyin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR