Yalnız Allahdan qorxanlar – həqiqi uğur qazananlardır

Yalnız Allahdan qorxanlar – həqiqi uğur qazananlardır
20:47 2 Fevral 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə(qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!". ("Həşr" 18).

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Pərvərdigarından qorxar - hər şey ondan qorxar. O kəs ki, Allahdan qeyrisindən qorxar - Allah onu hər şeydən qorxudar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) səhabələrindən birinə buyurur: "Ey İshaq! Allahdan elə qorx ki, sanki Onu görürsən. Əgər sən Onu görmürsənsə, O səni görür. Əgər güman etsən ki, Allah səni görmür, kafir olarsan. Əgər bilsən ki, O, səni görür və yenə də günah etsən - Allahı özünə ən alçaq nəzər salan qərar verərsən. Allah qorxusu, Allahın muxlis bəndələrinin üzündə meydana gələn xal kimidir. Belə ki, insanlar onun vüqar və heybətindən qorxarlar". (Tebyan)
Allah qorxusunun dünya faydaları.
1. İnsanın elm və dininin kamil olmasına səbəb olar. İmam Əli (ə) buyurur: "O kəs ki, Allahdan qorxar - məlum olar ki, elm və imanı kamil olmuşdur".
2. Alimlərin məqamına çatar. "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır". ("Fatir" 28).
3. İlahi hidayətə səbəb olar. "Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə, Öz nemətimi sizə tamamlamağım üçündür". ("Bəqərə" 150).
Allah qorxusunun axirət faydaları.
1. Qiyamət qorxusundan amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allah qroxusuna görə milçəyin qanadı qədər göz yaşı tökərsə, Allah böyük vahimə günündə (Qiyamət) onu amanda edər".
2. Behişt onun yeri olar. "Amma kim Öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri cənnətdir". ("Naziat" 40-41).
3. Allahın bağışlanması ona şamil olar. "Sən ancaq nəsihətverici Qur'an(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver". ("Yasin" 11).
4. Xilas olar. "Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə - belələri həqiqətən uğur qazananlardır". ("Nur" 52).
5. Rizvan məqamına çatar. "Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 8).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR