Baş beyin absesləri

Baş beyin absesləri
20:57 2 Fevral 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş beyin abseslərinin beyin maddəsində məhdud toplanmasıdır.Beyin absesləri daha çox beyindaxili,az hallarda isə epidural və ya subdural olaraq rast gəlinir.
Xəstəliyin əmələ gəlməsinə stafilokokk,streptokokk,pnevmokokk və meninqokokklar səbəb olur.Bəzi hallarda isə absisin müayinəsində bağırsaq çöpləri,ibtidailər və qarışıq flora da müəyyən edilir.İnfeksiyanın beyin maddəsinə daxil olma yolları müxtəlifdir.Beyin abseslərinin etiologiyasına və patogenezin uyğun olaraq kontakt,metastatik və travmatik ola bilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, beyin abseslərinin təxminən yarısı otogen mənşəlidir.Otogen infeksiyalar labirint və siqmayabənzər ciblər vasitəsilə beyinə daxil olur.Metastatik abseslərin əmələ gəlməsinə ağ ciyər xəstəlikləri - pnevmoniya,bronxohektaziya,abses və empiema səbəb olur.Beyində əmələ gələn metastatik abseslərin əmələ gəlməsində digər xəstəliklərin də rolu ola bilir.Bunlara aiddir:
- septik xoralı endoartrit
- osteomielit
- daxili üzvlərin absesləri
- müxtəlif infeksion xəstəliklər
İnfeksiyanın beyinə daxil olması septik emboliya hesab edilir.Abses əmələ gəldikdən sonra beyin qişalarının məhdud iltihabı baş verir.Sonra isə sağalma baş verir və yerində çapıq toxuma inkişaf edir.Bəzi hallarda absesin kapsullaşması baş verir.Bu absesin əmələ gəldiyi gündən 3-6 həftə arasında baş verir.
Baş beyin absesləri xəstələrdə aşağıdakı əlamətlərin əmələ gəlməsinə səbəb olur:
- yüksək hərarət
- üşütmə
- qanda leykositoz
- solğunluq
- zəiflik
- arıqlama
- baş ağrıları
- serebral mənşəli qusma
- göz dibində dəyişikliklər
- yuxululuq
Baş beyin abseslərinin gedişi və kliniki mənzərəsi beyin şişləri ilə oxşar əlamətlərə malikdir.Bu səbəbdən diaqnostika zamanı differensasiyalı diaqnostikaya ehtiyac duyulur.
Xəstəliyin müalicəsi cərrahi yolla aparılır.Abses boşluqları geniş açılır və punksiya edilib irin sorulur.Müalicə xəstəliyin başlanğıcından təyin edilən antibiotiklərlə aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR