Göyçayda dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları mövzusunda tədbir keçirilib

Göyçayda dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları mövzusunda tədbir keçirilib
20:57 2 Fevral 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 2 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən ""Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, liseyin müəllim və tələbə heyəti iştirak ediblər.
Dini icmanın sədri Müşviq Əsgərov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihə çərçivəsində mühazirə və diskussiyaların təşkil ediləcəyini bildirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Bunun əsas səbəblərindən biri də müsəlmanlar arasında sürətli parçalanmanın mövcud olmasıdır. Təəssüflə qeyd etməliyik ki, məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ə. Rəfiyev dini radikalizmlə mübarizə çərçivəsində məqsədyönlü maarifləndirmə işinin aparılması, yetişməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunduğunu və dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar Peşə Liseyinin kitabxanasına hədiyyə edilib.  


Xəbərin orijinal ünvanı: https://report.az/din/goycayda-dini-ekstremizmin-yaranma-sebebleri-ve-onun-fesadlari-movzusunda-tedbir-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR