Ukrayna tankları Avdeyevkaya girib

Ukrayna tankları Avdeyevkaya girib
21:05 2 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

BBC-nin Ukrayna müxbiri Tom Barric "Tvitter"də Ukrayna tanklarının Avdeyevka rayonuna girməsini göstərən görüntü yayıb.

"Biz Avdiyivkada Ukrayna əsgərləri və tanklarla raslaşdıq və eşitdik ki, atəşkəs rejiminə əməl olunmur", deyə müxbir yazır.
Ukrayna müdafiə nazirinin müavini İgor Pavlovski bu ərəfrədə Ukrayna hərbçilərinin Avdeyevkaya yaxınlaşması barədə məlumat yaymışdı.

Kremlin mətbuat katibi Dimitry Peskovsa mətbuat konfransında Avdeyevkada baş verənlərin Ukrayna hakimiyyətinin təxribatı olduğunu demişdi.

2014-cü ilin martından Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qoşunları arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR