​Bakıda daha bir yolun hərəkət hissəsi artırılır

​Bakıda daha bir yolun hərəkət hissəsi artırılır
11:47 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPOERT.AZ/ Bakıda daha bir avtomobil yolunda genişləndirilmə işlərinə başlanılıb. Bu, Heydər Əliyev Mərkəzinin qarşısından gələrək "Ramstore" yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib, yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə həyata keçirilir.
İşləri yerinə yetirən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətini rəhbəri Pünhan Mürsəliyev "Report"a bildirib ki, eyni zamansa Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq, həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirlib.
O, bildirib ki, bu işlər həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-daha-bir-yolun-hereket-hissesi-artirilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR