Ağıl dişləri nə vaxt çəkilməlidir?

Ağıl dişləri nə vaxt çəkilməlidir?
21:08 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Qidalanma vərdişlərinin dəyişməsi nəticəsində çənənin quruluşu getdikcə kiçildiyi üçün 20 yaşlarında çıxan ağıl dişləri ağızda özlərinə yer tapmaqda çətinlik çəkir.

Publika.az xəbər verir ki, ağıl dişlərinin çənə sümüyünə sıxılmış olan vəziyyətlərdə infeksiyalar və üzdə şişmələrə səb olur. Ekspertlərin ağıl dişlərinin problemə səbəb olan vəziyyətləri və müalicə prosesləri haqqında fikirlərini xəbərimizdə öyrənə bilərsiniz.

Ağıl dişlərin çıxması üçün ən uyğun vaxt hansı yaşdır və nə üçün?
Ən uyğun vaxt 18-30 yaşları arasındadır. Ağıl dişlərinin qarşısındakı ikinci böyük azı dişləri 11-13 yaşlarında ağızda görüldükdən sonra, dişlərin çıxması üçün çənə sümüyündə kifayət qədər məsafəsi olduqda ağıl dişləri də çıxa bilər.

Bəzi insanlarda isə ağıl dişləri niyə gec çıxır?
Bu vəziyyət çənə və ya dişin inkişafı ilə bağlı ola bilər. Diş sırasındakı yer darlığı vəziyyətlərində dişin çıxmasına dişəti, sümük və ya qonşu diş mane ola bilər. Bu vəziyyətlərdə diş basdırılmış kimi qalaraq, bu maneələrdən birinin ortadan qalxması ilə çıxa bilir və daha sonrakı yaşlarda formalaşa bilir.

Ağıl dişləri nə vaxt çəkilməlidir heç bilirsiniz?

Bəzi insanların ağıl dişlərinin yalnız yarısı çıxır. Digər yarısı da sonrakı illərdə çıxa bilər. Bunun səbəbi bəs nədir?
Ağıl dişi özünə çənə sümüyündə uyğun bir sümük məsafəsi yeri tapan kimi, sonrakı illərdə çıxa bilir. Bəzən də ağızda formalaşmadıqları üçün heç çıxmır və ya sadəcə yarımçıq çıxa bilir.
Ağıl dişləri adətən insanlar üçün baş ağrısıdır. Ağıl dişlərdən çəkdiyimiz əziyyət qədər heç bir dişdən əziyyət çəkmirik. Ağıl dişlərində problemlər niyə yaranır?
Dişin yarısı çıxmış, yarısı da çənə sümüyündə basdırılmış olanda, çıxmış tərəfin ətrafını əhatə edən diş əti ilə arasında bir diş əti cibi yaranır. Bu diş əti cibi yediyimiz yeməklərin və bakteriyaların yığılması üçün uyğun bir şərait yaradır. Bakteriyaların bu boşluqda çoxalması infeksiyalar və üzdə şişlər əmələ gətirir.

Ağıl dişlərinin yaratdığı problemlər nələrdir?
Ağıl dişləri diş fırçalarının çətinliklə çatdığı yerlər olduğu üçün diş çürüklərin yaranmasına, diş əti infeksiyaları, özündən qabaqdakı dişlərdə dişlərarası problemlərə səbəb ola bilir.
Ağıl dişləri hansı hallarda mütləq çəkilməlidir? Nə üçün? Əgər çəkilməsə gələcəkdə hansı sağlamlıq problemləri yarada bilər?
6 ay-1 il vaxt müddətində davamlı yaranan diş əti və çənə iltihablarında geniş çürümə vəziyyətlərində və üst çənə ağıl dişlərinin çıxıb, altdakı ağıl dişlərinin çıxmaması ilə bağlı dişlərin böyüməsi səbəbilə dişin çəkilməsi faydalıdır. Çəkilmədiyi təqdirdə ağızda dişdən yaranan kista və şişlər yarana bilər.

Heç bir narahatlıq verməsə də, pis çıxmış bir ağıl dişi niyə çəkilməlidir?
Bu vəziyyətlərdə bəzən diş fırçasının çatmadığı mövqelərdə yerləşir. Beləliklə diş səthində çürüklərin yaranması qaçılmazdır. Eyni zamanda, adətən üst çənə ağıl dişləri yanağa doğru maili çıxaraq, bəzən narahatlıq verə bilir. Xəstənin bu şikayətlərdən xilas olması üçün çəkilməsi məsləhətdir.

Ağıl dişlərin çəkilməsi normal diş çəkilməsindən fərqi varmı?
Ağıl dişlərin çənə sümüyündəki mövqeyində, duruş vəziyyətində, böyüklüyündə, üzərinin sümüklə və ya sümük toxuması ilə örtülü olması kimi problemləri yoxdursa, ağıl dişlərinin çəkilməsinin normal diş çəkilməsindən bir fərqi yoxdur.

Ağıl dişlərdə hansı hallarda əməliyyat lazımdır?
Dişin tam çıxa bilmədiyi və ya çənə içərisində basdırılmış vəziyyətdə qaldığı hallarda əməliyyat olunur. (deyerler.org)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/186217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR