İfadəsi çətin olan hisslər - FOTO

İfadəsi çətin olan hisslər - FOTO
21:12 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Başqa dillərdə olub, amma ingiliscə tərcüməsi olmayan və fərqli hissləri ifadə etmək üçün istifadə edilən bir çox kəlimə var.

Heç özünüzü mbuki-mvuki kimi hiss etdiyiniz, rəqs edərkən paltarlarınızı çıxarıb atmaq istəyiniz olubmu?

Ya da kilig, yəni xoşunuz gəldiyi biri ilə danışarkən özünüzü itirmək hissi?

Bunla Bantu (Afrika) və Tagalog (Filippin) dillərində istifadə olunan, lakin, ingiliscə qarşılığı olmayan sözlərdir.

Eynən holland dilində uitwaaien sözü ilə ifadə edilən və küləkli havada yeriməyin insanda yaratdığı hərəkətlilik hissini ifadə edən duyğu kimi.

Şərqi London Universitetindən Tim Lomas-a görə, bunlar, tezliklə hər kəsin anlayacağı sözlərə çevrilə bilər.

Lomas-ın Pozitiv Leksikoqrafiya Layihəsi (Positive Lexicography Project) dünyanın fərqli yerlərində yaxşı hissləri ifadə edən kəlmələri bir yerə yığıb, gündəlik həyatımıza daha çox tətbiqini nəzərdə tutur.

İngilis dilinə başqa dillərdən daxil olan bir çox duyğu sözü olduğu kimi, hələ kəlimə xəzinəmizə girməyən çoxlu sözlər də mövcuddur. Araşdırmaları nəticəsində Lomas, yüzlərlə "tərcümə edilməyən" duyğu kəlmələri ortaya çıxarıb.

O, bu sözləri öyrənməklə özümüzü daha yaxşı başa düşəcəyimizə, dünyanı fərqli bir gözlə görəcəyimizə inanır.

Lomas bu işə, fincə sisu sözünün mənasını öyrəndikdən sonra başlayıb.

O, finlandiyalıların "mənfiliklərə qarşı həddən artıq dözümlü olmaq" mənasını verən bu kəlməsinin mənasını, ingiliscə heç bir sözün vermədiyini söyləyir.

Bundan sonra, Lomas, başqa dillərdə də bu cür sözlər tapmağa çalışıb. Araşdırmanın ilk nəticələrini Journal of Positive Psychology jurnalında dərc edib.

fado

Pozitiv hisslər

Buradakı kəlmələr daha çox müəyyən vəziyyətlərə xas, pozitiv hissləri ifadə edir.

Desbundar (portuqalca): Əylənərkən utancaqlıqdan qurtulma vəziyyəti

Tarab (ərəbcə): Musiqinin yaratdığı məstlik halı

Shinrin-yoku (yaponca): Meşədə yuyunmanın verdiyi rahatlıq hissi

Gigil (tagalog): Kimisə çox sevdiyinə görə sıxmaq istəyi

Yuan bei (çincə): Bir şeyin öhdəsindən uğurla gəlmək hissi

Iktsuarpok (Eskimo dili): Kiminsə gəlib-gəlmədiyini tez-tez çıxıb yoxlayaraq gözləmək

Həm acı, həm şirin hisslər

Bunlardan əlavə, daha qarışıq və həm acı, həm şirin hissləri ifadə edən və kamilləşməmizdə böyük məna kəsb edən kəlmələr də var.

Natsukashii (yaponca): Gözəl xatirələri xoş şəkildə yada salıb, o anın keçmişdə qalmasını hüznü ilə ötənlər üçün darıxmaq

Wabi-sabi (yaponca): Gözəlliyin fani və qüsurlu olmasının yaratdığı "qaranlıq və həzin ucalıq"

Saudade (portuqalca): Uzaqda olan, ya da keçmişdə qalan bir adam, yer və ya şeyə qarşı hiss edilən melanxolik həsrət və ya nostalji - bəlkə də mövcud olmayan bir şey üçün hiss edilən anlaşılmaz duyğu

Japonya kiraz çiçekleri

Sehnsucht (almanca): Öhdəsindən gəlinməsi mümkün olmayan bir hal və ya vəziyyətə görə duyulan dərin hüzn

Bu duyğulardan əlavə, Lomas-ın leksikoqrafiyasına, şəxsi xüsusiyyətlər və davranışlarla bağlı sözlər də daxildir.

Dadirri (Avstraliya yerliləri): Hörmətli, diqqətli, mütəfəkkir bir formada mənəvi dinləmə

Pihentagyú (macarca): Xoş və ağıllı çarələr tapan və ya zarafatcıl hazırcavab insanları ifadə edir

Desenrascanço (portuqalca): Çətin bir vəziyyətdən bacarıqla çıxmaq

Sukha (sanskritcə): Şəraitdən asılı olmayaraq həqiqi və əbədi xoşbəxtlik hissi

Orenda (Huron dili - Oklahoma və Quebec-də danışılan bir dil): Tale kimi güclü faktorlar qarşısında dünyanı dəyişdirmə iradəsi

Lomas-ın internet səhifəsində daha çox misal tapa və ya öz təklifinizi edə bilərsiniz. Lomas bu kəlmələrin mənalarının təxmini ifadə edildiyini və hədəfində, vaxt keçdikcə daha yaxşı izahın durduğunu deyir.

Lomas bu sözlərlə, uzun müddət qulaqardına vurduğumuz duyğu və hisslərə diqqətimizi çəkərək, onları daha yaxşı qavrayacağımıza inanır.

Bostondakı Northeastern Universitetinin psixologiya üzrə professoru Lisa Feldman Barrett düşünür ki, hisslərimiz arasındakı nüansları yaxşı anlayıb ifadə edə bildikcə, həyatdakı çətinliklərin öhdəsindən də bir o qədər asanlıqla gəlmək olar. Çünki, həmin duyğulara əlac olacaq çarələri daha asan tapa bilərik .

Lomas-ın yaratdığı "pozitiv leksikoqrafiyanın" insanda yeni təcrübələr üçün ilham mənbəyi olacağı və ya köhnə təcrübələrə yeni bir gözlə baxmamızı təmin edəcəyi düşünülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR