Şəki rayonunda fərdi ev yanıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Şəki kəndində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 154 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.