Dəniz Çakırdan gənc sevgilisi haqda açıqlama - fotolar

Dəniz Çakırdan gənc sevgilisi haqda açıqlama - fotolar
21:56 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın aktrisası Dəniz Çakır gənc sevgilisinin olması xəbərinə münasibət bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün aktrisa gənc bir oğlanla restoranlardan birindən çıxarkən görüntülənib və media həmin oğlanı Dənizin sevgilisi kimi təqdim edib.

Xəbərləri oxuyan aktrisa İnstaqram səhifəsində açıqlama verib:

“Bir yemək sonrası əlimi qaldırıb sizə “Gecəniz xeyrə qalsın” demişəm, siz isə bu jesti “nə etdiyinizi düşünürsünüz?” kimi qələmə vermisiniz. Avtomobili sürən qardaşım yaşında birini isə sevgilim kimi təqdim etmisiniz. Məndən heç kim heç nə soruşmadı. Mən də avtomobilə minib getdim. Burada yanlış nə var ki?! Bu qədər kədərli xəbərlərin içində, mənim haqda yazdığınız xəbərə kədərlənmək fikrim yoxdur. Əksinə, oxuduqca, o qədər gülmüşəm ki...”


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR