Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
22:17 2 Fevral 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153)

Qul Allaha qarşı nə qədər itaətkar olarsa, Allah da onu o qədər nəfsinin şərindən və şeytanın vəsvəsəsindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər" (ət-Talaq, 2)
Günahlardan əl çəkə bilmək üçün aşağıdakıları etmək faydalıdır:
Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir" (əl-Ənkəbut, 45)
Nafilə (əlavə) ibadətlər etmək. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir ki, Uca Rəbbimiz buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Buxari)
Günahı tərk etməyi asanlaşdırması üçün Uca Allaha dua etmək
Həmin günah və onun cəzası haqqında oxumaq və Allahdan qorxmaq
Zikrləri öyrənib Allahı bacardığınız qədər zikr etmək. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 36).
Günaha aparan, onu yada salan vasitələrdən və yerlərdən uzaq olmaq.
Günaha aparan insanlardan mümkün qədər uzaq durmaq. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin" (Əbu Davud, Tirmizi)
Mömin, sizə fayda verən insanlarla oturub durmaq
Məscidə çox getmək
Hər gün Allahın dinini öyrənmək üçün vaxt ayırmaq
Gün ərzində digər faydalı işlərlə məşğul olmaq. Məsələn, dünyəvi elm və ya bacarıqlara yiyələnmək, idman və s.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR