Aİ qaçqın qəbuluna görə Türkiyəyə pul ayıracaq

Aİ qaçqın qəbuluna görə Türkiyəyə pul ayıracaq
22:19 2 Fevral 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Aİ miqrasiya sazişi çərçivəsində qaçqınların qəbuluna görə Türkiyəyə maliyyə yardımını konkret layihələr üzrə ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündən sonra mətbuat konfransında bildirib.    

 

“Aİ yaxın zamanda miqrasiya sazişi üzrə Türkiyəyə maliyyə dəstəyi göstərməlidir. Pullar  qaçqınların qəbuluna görə konkret layihələrə xərclənməlidir”, - deyə Merkel qeyd edib.

 

Qeyd edək ki, martda Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR