Star TV "Kara sevda"nın yayımını dayandırdı - Nəslihan kömək istəyir - FOTO

Star TV "Kara sevda"nın yayımını dayandırdı - Nəslihan kömək istəyir - FOTO
22:32 2 Fevral 2017
625 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin baxımlı kanallarından olan Star TV populyar "Kara sevda" serialının yayımını dayandırmaq fikrindədir.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı serialın baş rol ifaçısı Neslihan Atagül rəsmi feysbuk hesabından verib. O feysbuka pul ödəyərək reklam vasitəsi ilə ekran işinin izləyicilərinə çağırış edib.

Aktrisanın çağırışında qeyd olunub:

"Star TV yeni seriallarına yer açmaq üçün "Kara sevda"nın yayımını dayandırmaq istəyir. Əgər serialın yayımının dayandırılmamasını istəyirsinizsə, bu postu bəyənin. Gəlin onlara gücümüzü göstərək".

Qeyd edək ki, bir neçə gün əvvəl də ekran işinin final etməsi ilə bağlı məlumat yayılmışdı. "Ayyapım" isə açıqlama verərək xəbərlərin əssasız olduğunu qeyd etmişdi.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/513814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR