Çingiz Abdullayev "Neftçi"dən getdi - ÖZƏL

Çingiz Abdullayev "Neftçi"dən getdi  - ÖZƏL
22:37 2 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev postundan gedib. Fanat.Az-a verilən məlumata görə, xalq yazıçısı klubu kurasiyasında saxlayan AFFA məmurlarıyla bir sıra məsələlərdə həmfikir olmadığına görə “ağ-qaralar”la vidalaşıb.


Klubun büdcəsi artırılandan, bu qış transferlərə kifayət qədər ciddi məbləğlər xərclənəndən sonra  “yuxarılar” Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün qarşısına avrokuboklara vəsiqə tələbi qoyub. Şübhəsiz, Bakı təmsilçisinin meydanda oynadığı futbolla hamilərinin üzünü ağ edəcəyinə kimsə təminat verə bilməz. Bu səbəbdən pərdəarxası oyunlar da qaçılmazdı. Özünəməxsus fikirləriylə, AFFA məmurlarının kefini pozan açıqlamalarıyla ara-sıra gündəmə gələn Çingiz bəyi əsas maneə sayanları anlamaq çətin deyil.  MŞ sədrinin uzun müddətdi görünməməsi, yenilənmiş heyət və hədəflərlə bağlı heç nə deməməsi də göz qabağındadı. Bəli, futbolun iyrəncliklərini son vaxtlar görən Abdullayev xoşagəlməz gedişlərə susaraq baxmaq istəməyib.

Bu iki müxtəlif mənbədən aldığımız ilkin informasiyadı. Baş verənləri diqqətdə saxlayacaq, araşdıracağıq.

 

 

 

Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cingiz-abdullayev-quotneftciquotdn-getdi-t56015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR