Əlamətlərə inanmaq lazımdırmı?

Əlamətlərə inanmaq lazımdırmı?
22:42 2 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlamətlərə inanmaq lazımdırmı? Məsələn, bir adamla görüşmək üçün bir neçə dəfə gedirsən, amma görüşə bilmirsən. Yaxud dəfələrlə cəhd edirsən, amma iş alınmır. Bu halda nə etməliyik?

Milli.Az islam.az-a istinadən bildirir ki, bu cür əlamətlərə inanmaq lazım deyil. Hər hansı işin niyə alınmadığının səbəbi bizə dəqiq məlum deyil, bunu Allah bilir. Hər halda, bizim vəzifəmiz budur ki, hər bir hərəkətimiz üçün məsuliyyətimizi dərk edək, bu əməlin savab yoxsa günah olduğunu öyrənək. Əgər bir işi görmək bizə vacibdirsə, o halda yorulmadan cəhd etməli və uğur qazanmağa çalışmalıyıq. Əgər savab işdirsə, yenə ruhdan düşməyə dəyməz. Ola bilər ki, ilk dəfələrdən uğur qazanmayaq, amma növbəti cəhdlərimiz alına bilər. Hər işin birinci dəfədən mütləq alınacağını heç kim bizə zəmanət verməyib, Allahın da belə bir vədi yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR