ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi
22:48 2 Fevral 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın maliyyə nazirliyi Rusiya Federal Təhlükəsizlik xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.

Publika.az xəbər verir ki, maliyyə nazirliyinin saytında yayılmış məlumata əsasən indi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verilir.

Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir. Eyni zamanda Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağan edilir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ Rusiyanın onlarla təsisatına, eləcə də təhlükəsizlik strukturlarına qarşı "seçkiyə müdaxilə", "amerikalı diplomatlara təzyiq" kimi ittihamlarla sanksiyalar tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR