Makkeyn Trampdan Ukraynaya kömək istədi

Makkeyn Trampdan Ukraynaya kömək istədi
22:49 2 Fevral 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn ABŞ prezidenti Donald Trampa  ünvanladığı  məktubda Ukraynaya letal (öldürücü) silahların verilməsini xahiş edib.  Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

 

“Mən, səlahiyyətli şəxs kimi, sizi 2017-ci il üçün hərbi büdcə çərçivəsində Ukraynaya letal (öldürücü) silahlar verməyə çağırıram”, - deyə məktubda bildirilir.  

 

Qeyd edək ki, ABŞ hazırda, letal silahlar istisna olmaqla, Kiyevə hərbi dəstək göstərir. Bundan başqa, amerikalı təlimatçılar Ukrayna Milli Qvardiya əsgərlərinə hərbi təlim keçirlər.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR