Azərbaycanın Gürcüstandakı səfiri energetika naziri ilə görüşdü - FOTO

Azərbaycanın Gürcüstandakı səfiri energetika naziri ilə görüşdü - FOTO
22:52 2 Fevral 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov arasında bu gün görüş keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə energetika nazirliyindən bildirilib. Görüşdə K. Kaladze Azərbaycanın yeni təyin olunan səfiri D. Həsənovu təbrik edərək, uğurlar arzulayıb. K. Kaladze Gürcüstan və Azərbaycanın bütün sahələrdə əlaqələrinin və münasibətlərin inkişafından danışıb. O, qeyd edib ki, Azərbaycan Gürcüstanın energetika sahəsində ən vacib strateji tərəfdaşıdır. Tərəflər ölkələrimiz arasında energetikanın inkişafından və qaz anbarının tikintisindən danışıblar.
D. Həsənov təbrikə görə Kaxa Kaladzeyə minnətdarlığını bildirərək Azərbaycan və Gürcüstanın tarixi dostluğu haqqında fikirlərini bildirib. O, Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinin vacibliyindən və buna görə də ölkələrimizin münasibətlərinin daha da möhkəmləndiyindən söhbət açıb.
 
Azərbaycan səfiri Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasətinin hər iki ölkənin gələcəyinə möhkəm təməl olduğunu bildirib.  
 
Tərəflər görüş çərçivəsində hər iki ölkənin maraqlarını ifadə edən vacib fikir mübadiləsi aparıblar, gələcək perspektivlərin əhəmiyyətini qeyd ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR