Pivə bankasında şəkilə görə qalmaqal yarandı

Pivə bankasında şəkilə görə qalmaqal yarandı
22:12 6 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ pivəbişirmə şirkəti, istehsal etdiyi pivəni qablaşdırdığı bankada Mahatma Qandi təsvir edildiyinə görə hindistanlılardan üzr istəyib.
New England Brewing pivə şirkətini üzr istəməyə məcbur edən Hindistanda bu şirkətə qarşı məhkəmə iddiasının qaldırılması olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, Hindistan məhkəməsinə təqdim edilmiş iddia ərizəsində şirkətin Mahatma Qandinin xatirəsini təhqir etdiyi bildirilib.
Mahatma Qandi Hindistanda Britaniya hökmranlığına qarşı mübarizənin əsas rəhbəri və ideoloqu olub.
 
Hindistan müstəqillik qazandıqdan bir neçə ay sonra Mahatma Qandi 1948-ci ilin yanvar ayında qətlə yetirilmişdi.
New England Brewing şirkəti banka qabını Qandinin təsviri bəzəyən pivə markasına Gandhi-Bot adını verib.
 
Şirkət vebsaytında bu içkinin "saflıq, məhəbbət və həqiqət axtarışı üçün ideal şərait yaratdığını" qeyd edib.
Hindistanın Heydərabad şəhər məhkəməsinə müraciət etmiş hüqquqşünas isə iddia ərzisəsində pivə bankasında Qandinin portretinin təsvir edilməsini Hindistan qanunvericiliyini pozan cinayət olduğunu bildirib.
 
Konnektikut ştatında yerləşən New England Brewing şirkətinin baş mütəxəssisi Matt Vestfall-un sözlərinə görə, bankada Qandi şəkli ideyası müəllifləri ümid edirdilər ki, həmin pivə Mahatma Qandinin qeyri-zorakı vətəndaş itaətsizliyi üsullarına insanlarda maraq oyadacaq.
 
Onun iddiasına görə, Gandhi-Bot pivə bankası Qandinin qız və oğlan nəticələrinə göstərilib və "bankanın dizaynı onları hətta heyrətləndirib" də.
ABŞ şirkətinin Mahatma Qandi törəmələrindən konkret olaraq kimləri nəzərdə tutduğu aydın deyil.
 
"Ümid edirik ki, siz Qandiyə bizim hörmətimizi nümayiş etdirmək azadlığımıza hörmətlə yanaşırsınız və gerçək niyyətimizi anlayırzınız", New England Brewing şirkəti bildirib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR