Elxan Poluxov etimadnaməsini təqdim etdi - FOTO

Elxan Poluxov etimadnaməsini təqdim etdi - FOTO
22:57 2 Fevral 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 31-də Azərbaycanın Braziliyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici əlaqələr nazirliyinin Baş katibi, səfir Markos Qalvaoya təqdim edib.

Milli.Az-a səfirlikdən verilən məlumata görə, səfir M.Qalvao səfir E.Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu etdi və iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində səfir E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğuladı.

Sonra tərəflər arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR