Qızıl Aypara Cəmiyyətinin rəsmisi Suriyada yaralandı

Qızıl Aypara Cəmiyyətinin rəsmisi Suriyada yaralandı
23:03 2 Fevral 2017
20 Dünya
Ölkə mətbuatı
A- A+

Qızıl Aypara Cəmiyyətinin Suriya üzrə regional bölməsinin rəhbəri İdlib şəhərində mehmanxananın hava zərbəsinə məruz qalması nəticəsində yaralanıb.

Publika.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, hava zərbəsinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən endirildiyi güman edilir. S.Dyujarrik bildirib ki, BMT-də cəmiyyətin İdlibdəki inzibati ofisinin yerləşdiyi "Carlton" mehmanxana binasının ciddi zərər çəkməsi ilə nəticələnmiş hücumdan "fövqəladə narahatdırlar".

"Bölmənin sədri hücum nəticəsində yaralanıb", - deyə Dyujarrik bildirib. "Biz bütün tərəfləri humanitar təşkilatların əməkdaşlarının və ofislərinin əziyyət çəkdikləri hücumları dayandırmağa çağırırıq. Suriyada ehtiyacı olanlara yardım göstərən bütün humanitar təşkilatlar qorunmalıdır", - deyə o vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR