Azərbaycan səfiri etimadnaməsinin surətini baş katibə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsinin surətini baş katibə təqdim etdi
23:08 2 Fevral 2017
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi səfir Markos Qalvaoya təqdim edib.

Səfirlikdən Publika.az-a bildiriblər ki, M.Qalvao E.Poluxova yeni vəzifəsində uğurlar arzulayaraq, onun ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR