Diabet xəstəliyində kimlər risk altındadır?

Diabet xəstəliyində kimlər risk altındadır?
23:22 2 Fevral 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada təxminən 347 milyon insanda diabet olduğu güman edilir və növbəti 10 il ərzində diabet səbəbi ilə ölüm miqdarının 50% artacağı ehtimal edilir. Ancaq bir çox insan şəkər xəstəliyindən xəbərdar deyil, ya da kifayət qədər müalicə olunmur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əslində həddən artıq şəkər istehlakının metabolizm üzərində mənfi təsirləri ümumiyyətlə insulin müqaviməti və artıq çəkiyә görә inkişaf etməkdədir. Artıq çəki hədsiz olmasa da, insulin müqaviməti olan, bel və qarın bölgəsi piylәnәn insanlarda karbohidrat yeməklərindən bir neçə saat sonra reaktiv hipoglisemi prosesi yaranır. Bundan başqa, xolesterin artımı müşahidə olunur.
Kök, bel ətrafı qalın insanlarda 40-45 yaşından sonra daha qabarıq olmaqla diabet riski artır. Birinci dərəcə yaxın qohum (ana, ata, qardaş) diabet olanlar, hamiləlik dövründə şəkər diaqnozu almış qadınlar, yüksək təzyiqi olanlar, qan yağları yüksək olanlar, gizli şəkəri olanlar, damar xəstəliyi olanlar, fiziki fəaliyyəti aşağı olan kəslər, doymuş yağlardan zəngin və sıx miqdarlı qidalanma vərdişi olanlar, şizofreniya xəstələri və psixotrop dərman istifadə edən kəslər, orqan köçürülmüş xəstələr risk altındadırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR