Rustavidə etiraz aksiyası keçirilib, iki nəfər xəsarət alıb

Rustavidə etiraz aksiyası keçirilib, iki nəfər xəsarət alıb
23:27 2 Fevral 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "Rustavi Azot" müəssisəsinin qarşısında etiraz aksiyası keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki,aksiya iştirakçıları olan gürcü və azərbaycanlılar, "Rustavi Azot"da işdən azad olunmalarına etiraz ediblər.  Tədbirə həmkarlar təşkilatları və  Rustavi Tələbələr Assosiasiyasının üzvləri olan  tələbələr, habelə Vahid Milli Hərəkat partiyasının üzvləri qatılıblar.
Aksiya iştirakçıları müəssisə rəhbərliyindən onları yenidən işə bərpa etmələrini tələb ediblər. Etirazçılar "Buradan rədd olun!", "Gedin!" kimi şüarlar səsləndiriblər.  Sonda etirazçılar müəssisənin binasına daxil olmağa cəhd ediblər. Aksiya keçirilən əraziyə yol-patrul xidməti əməkdaşları gəliblər. Etirazçılar ikinci cəhddə müəssisənin binasına daxil olublar.  Nəticədə qarşıdurma  baş verib və iki nəfər həmkarlar təşkilatının üzvü xəsarət alıb. Hadisə yerinə təcili yardım maşını gəlib.
 
Aksiya iştirakçıları etirazlarını davam etdirəcəklərini bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR