Azərbaycan sənayeçilərinin əmək haqları 8% artıb

11:52 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 11:51 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 2,9% artaraq 188 min nəfər təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı isə 7,7% artaraq 704,5 manata çatıb.

 

İşçilərin 36,2 min nəfəri mədənçıxarma, 98,4 min nəfəri emal, 29 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 24,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

 

Əmək haqlarının daha çox artımı emal bölməsinin maşın və avadanlıqların quraşdırılması və təmiri, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin istehsalı, kimya, toxuculuq sənayesi, hazır metal məmulatlarının, içki istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 8,6% artaraq 846,3 manat təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR