İnsan batinini nə ilə suvarar, əməlində o da cücərər

İnsan batinini nə ilə suvarar, əməlində o da cücərər
23:47 2 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanların əksər hissəsinin zahiri batinlərindən fərqlənir. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: "Bəzən Allah bəndəsini sevir, ancaq əməlinə nifrət edir. Bəzən də əməlini sevir və şəxsinə nifrət edir".

İnsanın adətən zahiri şəxsiyyəti, batininə əsasən formalaşar. İnsan zahirini daxili təfəkkürünə əsasən bəzəyər.
Əmirəl-möminin (ə) buyurur: "Heç bir insan daxilində bir şeyi gizlətməz, məgər o halda ki, sözlərində ağzından çıxar, ya da simasındakı təsirlərlə aşkar olar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) yaxşı insanları pis insanlardan tanımağın yolları barəsində buyurur: "Bil ki, hər bir zahirin özü kimi batini vardır. O kəsin ki, zahiri pak və yaxşı olar, batini də pak və yaxşıdır. O kəsin ki, zahiri xəbis və pisdir, batini də xəbisdir". (Erfan)
İmam Əlinin (ə) nəzərinə görə, insanın əməlləri ağaca bənzəyir. Necə ki, ağacın böyümək üçün suya ehtiyacı vardır, insanların da təlim və tərbiyəyə ehtiyacları vardır.
Quran münafiqlər barəsində buyurur: "Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik". ("Ali-İmran" 118).
İmam (ə) buyurur: "Bil ki, hər bir əməlim cücərtisi vardır və heç bir cücərti sudan ehtiyacsız deyildir. Sular fərqlidirlər. O şeyin ki, suvarması pakizə olar, meyvəsi şirin olar. O şeyin ki, sivarması napak olar, meyvəsi acı olar".
Bu gün elə bir zamanda yaşayırıq ki, insanlar batinlərindən çox zahirlərinə diqqət edərlər. Ancaq yaxşı olardı ki, insan zahirinə diqqət etdiyi kimi, batinə və əməllərinə də diqqət etsin. Batinini hansı su ilə sгvardığına nəzər salsın və onu napaklıqlardan qorusun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR