Bineli Yıldırım: "Regionun terrorçulardan azad edilməsi bizim ümumi məsuliyyətimizdir"

Bineli Yıldırım: "Regionun terrorçulardan azad edilməsi bizim ümumi məsuliyyətimizdir"
23:47 2 Fevral 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ "Terrorizm bütün ölkələrin mübarizə aparmalı olduğu qlobal təhlükə daşıyır".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Bineli Yıldırım Almaniya kansleri Angela Merkellə danışıqlarının yekununa dair fikir bildirərkən deyib.
"Terrorçular təkcə Türkiyə üçün deyil, həm də Almaniya, ABŞ və digər ölkələr üçün təhlükə törədir. Birləşmiş Ştatlar vaxtında Əl-Qaidə terrorçularının hərəkətlərinə görə ən böyük ödənişi etdi", - deyə Yıldırım qeyd edib.
Türkiyənin baş naziri qeyd edib ki, regionun terrorçulardan azad edilməsi bütün dövlətlərin ümumi məsuliyyətidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bineli-yildirim-regionun-terrorculardan-azad-edilmesi-bizim-umumi-mesuliyyetimizdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR