“Yaxın 5-10 il ərzində...” - Trampın baş strategindən DƏHŞƏTLİ PROQNOZ

“Yaxın 5-10 il ərzində...” - Trampın baş strategindən DƏHŞƏTLİ PROQNOZ
23:53 2 Fevral 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın baş məsləhətçisi və əsas strategi Stiven Bennonun Çin və ABŞ arasında müharibə ehtimalı ilə bağlı bir il əvvəl söylədiyi sözləri ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, strateq Çin ilə müharibəyə şübhə etmədiyini deyib.

“Şübhəsiz ki, Çinlə müharibəyə girəcəyik. 5-10 il ərzində ABŞ-ın Çinlə müharibə vəziyyətində olacağından heç bir şübhəm yoxdur”, - deyə Stiven Bennon 2016-cı ildə bildirib.

Qeyd edək ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Pekin-Vaşinqton münasibətləri pişləşib. Çin hərbi komandanlığı da Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla müharibəni praktik olaraq qaçılmaz hesab edir.

ABŞ və Çin arasında Cənubi Çin dənizinin sularında hakimiyyət uğrunda çoxdan mübarizə gedir. Pekin bölgəyə iddia edir, ABŞ-ın region üzrə müttəfiqləri isə azad dəniz yollarının saxlanılmasında təkid edirlər.

ABŞ prezidenti Tramp Pekini dəfələrlə Cənubi Çin dənizinin mübahisəli adalarında “qalalar”ın tikintisində ittiham edib. Bundan başqa, Tramp Çini “valyuta manipulyatoru” adlandırıb.

ABŞ-ın indiki administrasiyası ilə Pekin arasında münasibətləri pisləşdirən daha bir məsələ Çinin “Tək Çin” siyasəti ilə Trampın razılaşmamasıdır. Tramp bildirib ki, “Tək Çin” siyasətindən imtina edə bilər. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu siyasətin tərəfdarı idi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR