Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb

Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb
00:22 3 Fevral 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Meksikanın mərkəzi hissəsində silahlı cinayətkarlar 8 nəfəri oğurlayıb.
"Report"un məlumatına görə, bu barədə "El Universal" qəzetinin elektron versiyası xəbər verib.
Məlumatda bildirilir ki, hadisə Puebla ştatındakı oteldə baş verib. Qəzetin bildirdiyinə görə, oğurlananlar federal polisin əməkdaşları ola bilər. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib.
Şahidlərin sözlərinə görə, quldurlar otelin polislərin olduğu güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar. Nəticədə bir neçə nəfər yaralanıb. Bundan sonra cinayətkarlar onları maşınlara əyləşdirərək naməlum istiqamətə aparıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-quldurlar-8-polis-emekdasini-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR