"Reuters": ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq edə bilər

"Reuters": ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq edə bilər
00:52 3 Fevral 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ bu həftə İrana qarşı əlavə sanksiyalar tətbiq etmək istəyir.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Məlumata görə, sanksiyalar artıq cümə günü tətbiq edilə bilər. Güman edilir ki, sanksiyalar 25 İran vətəndaşına aid olacaq. Bununla yanaşı, terrorçuluğa dəstək verməkdə ittiham edilən 8 təşkilatı da əhatə edəcək.
Agentlik vurğulayıb ki, növbəti sanksiyalar bu yaxınlarda İranda ballistik raketin sınaqdan keçirilməsinə cavab kimi qəbul ediləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/reuters-abs-bu-hefte-i-rana-qarsi-elave-sanksiyalari-tetbiq-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR