Yeni kəşf olunmuş səma cisminə Sezen Aksunun adı verildi

Yeni kəşf olunmuş səma cisminə Sezen Aksunun adı verildi
01:16 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Fransalı alim Jan Klod Merlin yeni kəşf etdiyi səma cisminə türkiyəli müğənni Sezen Aksunun adını verib.

Axşam.az-ın "Habertürk"ə istinadən məlumatına görə, yeni səma cismi sənətçinin şərəfinə "266854 Sezenaksu" adlandırılıb.

Merlin bildirib ki, 2009-cu ildə evində kompüterlə ABŞ-ın Arizona əyalətindəki teleskopu idarə edərək bir araşdırma aparıb. Nəticədə bir səma cismi kəşf edib. Kəşf Beynəlxalq Astronomiya İttifaqına məruzə edilib və qeydə alınması üçün səma cisminə ad verməli olub.

Alim səma cisminin adının 16 hərfi keçməməsini və həyatda yaşayan insanın adı olmasını nəzərdə tutub. Bu zaman rejissor Ferzan Özpetekin "Serseri Mayınlar" filminə baxan Jan ruhuna işləyən musiqi və səs duyub. Sezenin mahnısı və ifası onun çox xoşuna gəlib.

Mahnını dinləyən alim səma cisminə müğənninin adını verib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR