Evli kişi başqa qadını da sevirsə, nə etməlidir?

Evli kişi başqa qadını da sevirsə, nə etməlidir?
01:28 3 Fevral 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Sevgidə məqsəd evlənmək olmalıdır. Belə bir məqsədlə sevən kişi üçün şəriətimiz ədalətli olacağı təqdirdə ikinci qadınla evlənməyə icazə vermişdir.

Publika.az zikr.az-a istinadən bildirir ki, həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Əksinə hədisdə deyildiyi kimi "qadınla kişi bir-birlərinə sevgi ilə baxdıqda, Uca Allah da onlara rəhmət gözü ilə baxar". Bu barədə Uca Allah buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum, 21).
Sizin halda isə bundan qaçmaq yaxşıdır. Evlənmək niyyəti ilə olmayan sevgi, sevənlər bir-birinə qovuşmadığı üçün sonradan iztiraba və qəlb xəstəliyinə çevrilə bilər. Ona görə sevməmişdən öncə düşünüb götür-qoy etməyiniz və böyüklərlə danışmağınız məsləhət görülür. Haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR