Ronaldinyo "Barsa"ya qayıtdı - MÜQAVİLƏ İMZALAYACAQ

Ronaldinyo "Barsa"ya qayıtdı  - MÜQAVİLƏ İMZALAYACAQ
01:47 3 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” tarixinin ən ünlü simalarından olan Ronaldinyo Kataloniya klubuna dönüb.  Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Roni klub prezidentinin dəvətiylə qayıdıb.


"Əfsanələr" layihəsinin bir parçası olacaq “sambaçı” "Barsa"nın sabiq futbolçuları ilə birgə müxtəlif ölkələrdə yaşıl meydanlara çıxacaq. 

 

Ronaldinyo rəsmi sözləşməyə fevralın 3-də “Nou Kamp”da imza atacaq. Klubun prezidenti Xosep Mariya Bartomeu da imza mərasiminə qatılacaq.

 

“Barselona”da 2003 - 2008-ci illər aralığında top qovan braziliyalı çıxdığı 198 matçda 91 qol və 52 məhsuldar ötürməylə yadda qalıb.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldinyo-quotbarsaquotya-qaytd-t56016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR