ABŞ-ın tarixində ilk dəfə MKİ rəhbərinin müavini vəzifəsinə professional qadın kəşfiyyatçı təyin edilib

ABŞ-ın tarixində ilk dəfə MKİ rəhbərinin müavini vəzifəsinə professional qadın kəşfiyyatçı təyin edilib
03:12 3 Fevral 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun birinci müavini vəzifəsinə 30 il iş stajı olan mütəxəssis Cina Xespel təyin edilib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bunu MKİ-inin yeni direktoru Maykl Pompeo elan edib.
Xespel ABŞ MKİ tarixində kəşfiyyat idarəsinin birinci müavininin postunu tutmuş ikinci qadındır. Ondan əvvəl isə həmin vəzifəni bu yaxınlarda (2013-cü ildə-red) Evril Xeyns tutub. Ancaq Xeyns siyasi təyinatlı şəxs olub.
Lakin Xespel ilk mütəxəssis qadındır ki, MKİ-nin direktor müavini vəzifəsinə təyinat alıb. O, idarəyə 1985-ci ildə işə qəbul edilib.
Xespel barəsində rəsmi məlumatda onun xaricdə böyük iş təcrübəsinin olduğu bildirilir. Qeyd olunur ki, Xespel MKİ-nin bir neçə ölkədə rezidenturaya (xarici ölkələrdə casusluq işləri) başçılıq edib. Lakin söhbətin hansı ölkələrdən getdiyi açıqlanmır.
Qeyd edək ki, MKİ rəhbəri Pompeo Xespeli nümunəvi kəşfiyyat əməkdaşı və əsl vətənpərvər kimi xarakterizə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-tarixinde-ilk-defe-mki-rehberinin-muavini-vezifesine-professional-qadin-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR