Rusiyada baş vermiş yol qəzasında 7 nəfər xəsarət alıb

Rusiyada baş vermiş yol qəzasında 7 nəfər xəsarət alıb
07:12 3 Fevral 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyada yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "TASS" ağentliyi xəbər verib.
Məlumata görə, hadisə Şərqi Sibirdə, Çita şəhərində qeydə alınıb. Belə ki, "Qazel" avtomobilinin elektrikötürücü xəttinə çırpılması nəticəsində sürücü və 6 sərnişin xəsarət alıb.
DİN-in mətbuat xidmətinin xəbərində bildirilir ki, qəzaya sürücünün sərxoş olması səbəb olub. Spirtli içki qəbul etmiş sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.
Qəza zamanı xəsarət almış 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-bas-vermis-yol-qezasinda-7-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR