Sülh düşmənləri

Sülh düşmənləri
07:14 3 Fevral 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun açılış matçında AZAL “Qarabağ”ı qəbul edəcək.

 

Matçdan öncə bir sıra maraqlı faktlar diqqət çəkir ki, onlardan biri də iki komanda arasında son 12 Premyer Liqa oyununda heç-heçənin qeydə alınmamasıdır. Rəqiblər sonuncu dəfə 2013-cü ilin noyabrında sülhə razlaşıblar. Şüvəlanda baş tutmuş qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

 

Daha sonrakı oyunlarda isə bu və ya digər komanda 3 xala sevinib.

 

Növbəti diqqətçəkən məqam isə son iki klub arasındakı son 6 oyunda tərəflərdən birinin “quru” hesabla qələbə qazanmasıdır. Məğlub olan tərəf həm də qola həsrət qalan tərəf olub.

 

Ağdamlılar son üç oyunda (bunlardan ikisi cari mövsümün ilk iki dövrəsinə təsadüf edib) qələbə qazanıblar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR