Əgər sizin yanınızda yaşlı birinin qəflətən yıxıldığını
və ayağa durarkən heç bir şey olmadığını dediyini görsəniz onu
mütləq xəstəxanaya çatdırmağınız məsləhətdir.Çünki,bu insultun
əlaməti ola bilər.
İnsult necə baş verir və onun ilkin əlamətləri hansılardır?
Publika.az immunitet.az-a istinadən bildirir ki,
neyrobioloqlar insultun qəfil baş verdiyini,amma onun əlamətlərini
özünü əvvəlcədən göstərdiyini söyləyirlər.İnsultun əlamətlərini
əvvəlcədən bilmək xəstəni əlil olmaqdan və ölümdən xilas edə
bilər.
İnsultun baş verəcəyini əvvəlcədən bildirən 4 əsas əlamət:
1 Yaşlı və insult şübhəsi olan adamdan dilini çölə çıxarmağı xahiş
edin.Əgər o bunu edə bilmirsə bu zaman mütləq həkimə müraciət
edin.
2 İnsult şübhəsi olan adamdan gülümsəməyi xahiş edin.Əgər o gülə
bilmirsə və ya bunu çətinliklə həyat keçirməyə çalışırsa deməli
insult təhlükəsi var.
3 İnsult şübhəsi olmasını yoxlamaq istəyirsinizsə yaşlı adamdan
əlini başına aparmağı xahiş edin.Əgər o əlini başına bir həmlədə
deyil,kəsik hərəkətlərlə aparırsa deməli onun insult olma təhlükəsi
var.
4 Yaşlı adamdan iki uzun sözü ardı-ardına söyləməyi xahiş edin.Əgər
o bu sözləri deməyə çətinlik çəkirsə o zaman onun insulta yaxalanma
təhlükəsi var.
Mütəxəssislər aşağıdakı əlamətləri olan yaşlı adamların yaxınları
tərəfindən həkimə aparılmasını vacib sayırlar.Bu əlamətlərə
aiddir:
- baş ağrıları
- ətraflarda hissiyyatın itməsi
- baş hərlənməsi və qəfil yıxılma
- bir və ya iki tərəfli görmənin qəfil itməsi
- qəfil və səbəbsiz baş verən ürəkbulanma
- müvazinətın itməsi
- huşun qəfil itməsi
Mütəxəssislər yuxarıda oxuduqlarınızın ən azı ətrafınızda olan 10
adama söyləməyinizi xahiş edirlər.Çünki,bu məlumatlar bir çox
insult şübhəsi olan insanın həyatını xilas edər və onu əlil
olmaqdan və ölümdən qoruyar.